ABŞ və Ukrayna RAZILAŞIR – 2024-cü ilin payızında…

0

ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə çata bilən uzaqmənzilli JASSM qanadlı raketlərinin verilməsi ilə bağlı razılaşmaya yaxındır.

Bu barədə “Reuters” amerikalı rəsmilərə istinadən yazıb.

Bununla belə, Ukrayna hərbçiləri ABŞ-ın bütün texniki məsələləri həll etməsinə qədər bir neçə ay gözləməli olacaqlar.

Çox güman ki, JASSM raketləri hərbi yardım paketinə daxil ediləcək və Vaşinqton bunu 2024-cü ilin payızında açıqlayacaq.

Nəşr yazır ki, əgər bu silah Ukraynaya verilərsə, o zaman Rusiyanın əksər hissəsi güclü dəqiqliklə idarə olunan sursatların hədəfində olacaq.

(Musavat.com)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »