Ərdoğan ölkədə yeni konstitusiyanın qəbuluna mane olan əsas məqamı açıqlayıb

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni konstitusiyanın qəbuluna mane olan əsas məqamı açıqlayıb.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə Ali Apellyasiya Məhkəməsinin sədrliyi yanında keçirilən “2024-2025-ci Məhkəmə ilinin açılış mərasimi”ndə çıxışında danışıb.

O bildirib ki, yeni konstitusiyaya ehtiyac var: “İnanıram ki, bu prosesin öhdəsindən gələ bilə biləcəyik. Hazırda yeni konstitusiyanın qəbuluna mane olan əsas məsələ qərəzdir. Müxalifət bu prosesə mane olur. Türkiyə demokratiyası yeni konstitusiyanın qəbulunu təmin edə bilər”.

Türkiyə liderinin sözlərinə görə, mövcud konstitusiyanın aradan qalxmasının vaxtı çatıb: “Ölkəmizi gələcəyə aparacaq konstitusiya qəbul olunacaq. Biz bu məsələdə səmimiyik, qətiyyətliyik”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »