“Kiyevin xəzinəsi boşalır, ona görə də Donbası qaytarmağa çalışır” – Medvedyev

0

Kiyev hakimiyyəti öz xəzinəsinin tükənməsi ilə üz-üzədir və məhz bu, onların Donbası qaytarmaq istəyi ilə bağlıdır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedyev Telegram kanalında yazıb.

“Niyə Kiyev neonasistləri onlara tamamilə yad olan Donbası qaytarmağa belə can atırlar? Səbəb sadədir: onlara lazımdır”, – yazan Medvedyev əlavə edib ki, Kiyevin Qərb himayədarları da eyni şeydə maraqlıdırlar: “Mineral resurslara çıxış bizim gözümüzün önündə əriyən geridönməz pul axınını (Ukraynaya göndərilən) kompensasiya edə bilər”.

“Ukraynanın mineral ehtiyat bazasının ümumi dəyəri təxminən 14,8 trilyon dollar qiymətləndirilir. Eyni zamanda, 7,3 trilyon dollar Luqansk və Donetsk xalq respublikalarının payına düşür. Yəni keçmiş Ukraynanın milli sərvətinin, demək olar ki, yarısı Donbasdadır. Banderanın qərblilərinin torpaqlarında cəmi 723 milyard dollarlıq ehtiyatlar var ki, bu da bütün ehtiyatların 5%-dən çox deyil”, – Medvedyev bildirib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »