Qubada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

0

Qubada baş verən yol qəzaslnda xəsarət alanların sayı 12-yə çatıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, yaralların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

“29.08.2024-cü il tarixində saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »