Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə Pavel Durova “Telegram”ın qərargahını Parisə köçürməyi təklif edib.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, messencerin təsisçisi bundan imtina edib.
Məlumata görə, Fransa lideri daha sonra Durovla ona Fransa vətəndaşlığının verilməsi imkanını müzakirə edib.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Parisin “Le Burje” hava limanında saxlanılıb.
Fransa mətbuatının yazdığına görə, onu 20 ilə qədər həbs cəzası gözləyə bilər. Durovun saxlanması bir çox ölkələrdə geniş ictimai qınaqlara səbəb olub.\\musavat\\