Sabah səhər saat 06:00-dan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq.
Bu barədə Bakı ŞBPİ-nin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.
Qeyd edilib ki, Badamdar qəsəbəsinin daxilindən mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.
***
AAYDA-dan bildirilib ki, 29 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.