Rusiyanın Ukraynanı kütləvi raket və dron atəşinə tutması fonunda Polşa aviasiyası havaya qalxıb.
Bu barədə Polşa silahlı qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, hərbi aviasiya ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün havaya qaldırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirməyə başlayıb.//apa