Ermənistanın baş naziri Nikol Paşinyana alma atan İrəvan sakini həbsdən azad edilib.
Bu barədə məlumatı Ermənistan KİV-i İstintaq Komitəsinə istinadən yayıb.
İstintaq Komitəsindən bildirilib ki, 71 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri olaraq yaşadığı yeri tərk etməmək barədə vəsatət verilib. Onun barəsində Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Bu maddəyə görə maksimum cəza iki il müddətinə azadlıqdan məhrumetmədir.
Vəkil Roman Yeritsyan bildirib ki, Ermənistan baş nazirinin “cinayətkarı” Azərbaycanın Qarabağ bölgəsinin sakini Albert Arustamyandır.
“İkinci qrup əlil olan Albert Arustamyan saxlanılıb, polis şöbəsinə aparılıb. Onunla kobud rəftar edilib. Şahidlər (həyətdəki uşaqlar) deyiblər ki, Paşinyana alma atılan zaman o və mühafizəsi yerə uzanıblar. Elə biliblər ki, atılan alma yox, qumbaradır”,- vəkil yazıb.\\musavat\\