Azərbaycan Taekvondo Federasiyası (ATF) dan imtahanı təşkil edib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
65 məşqçi və idmançının qatıldığı imtahan ATF-in texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeolun rəhbərliyi ilə keçirilib.
Onlardan 51-i birinci, 11-i ikinci, 2-si üçüncü, 1-i isə dördüncü dan üçün imtahan verib.