“WhatsApp”da telefon nömrəsini paylaşmaq öhdəliyi artıq ləğv olunur.
“WhatsApp” artıq yeni dövrə; istifadəçi adı dövrünə qədəm qoyur.
Yeniliyə əsasən artıq kiminləsə yazışmaq üçün ona mobil nömrənizi vermək məcburiyyətində olmayacaqsınız. Bunun üçün digər sosial şəbəkələrdəki kimi istifadəçi adını vermək kifayət edəcək.
Yeni beta versiyası həmçinin istifadəçilərə istifadəçi adı təyin edərkən spam və arzuolunmaz qarşılıqlı əlaqəni məhdudlaşdırmaq üçün PİN kodu təyin etməyə də imkan verəcək.
“WhatsApp” istifadəçilərə üç məxfilik seçimi təklif edəcək. Birinci; istifadəçi adı. Sonuncu; telefon nömrəsi.
Beləliklə, istifadəçilər mobil telefon nömrələrini kiminlə paylaşmaq istəmədiklərinə özləri qərar verəcəklər.
Daha bir məxfilik seçimi isə dörd rəqəmli PİN kodu olan istifadəçi adıdır. Bu funksiyanı yandırdığınız zaman yalnız bu PİN kodu bilən istifadəçilər sizə mesaj göndərə biləcəklər.//Lent.az