Seysmoloqdan XƏBƏRDARLIQ! – Bakıdakı bu binalar…

0

“Azərbaycan bioloji quruluş baxımından çox mürəkkəbdir. Biz gedib Türkiyədə iş apardıq. İki yan-yana durmuş, normal tikilmiş bina var idi. Binanın biri çöküb, armaturları çıxıb, o biri binaya heç nə olmamışdı.

Bunların arasındakı məsafə 6 metr 30 santimetr olub. Biz türklərə də göstərdik ki, sizin səhviniz burada olub ki, bu bina düşüb düz onun altına, 6 metr o yanda heç nə yoxdur. Dalğanın təsirindən enerji boşalması gedib, binaya təsir edib, dağıdıb yatızdırıb. 6 metr nədir? Bir otağın enidir də. Təsəvvür edirsiz? Mən bunu dəfələrlə onlara da göstərdim, burada da dedim. Xəritə ümumi seysmikliyi verir. 8 balın içində 10 balı da var, 9 balı da var. Məsələ burasındadır.  Dalğa gələndə elə-belə gəlmir ki. Laylardan keçib gəlir də. Hər bir layın da öz sürəti, boşalması, enerjisi var”.

Bunu moderator.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O daha sonra əlavə edib:  “Bakıda elə bina var ki, onun iki qanadı 8, digər bir qanadı 9 ballıq ərazidədir. Güclü zəlzələ olanda əlbəttə ki, 9 ballıq ərazidəki bina dağılacaq. Hər bir binanın altı ayrıca öyrənilməlidir. Bunu mən demişəm, deyirəm, sübut da edirəm. Nəzəriyyəni də, praktikanı da göstərirəm. Bunlara əməl olunmalıdır. Hadisə olandan sonra lazım deyil tədbir görülsün. Ondan əvvəl gərək qarşısı alınsın. Buna görə binalar zəlzələyə davamlı tikilməlidir ki, dağıntılar minimuma ensin”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »