Ağdam təmsilçisi xeyli müddətdir danışıqlar apardığı vingerlə ortaq məxrəcə gəlib.
İctimai Rəy Oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Emmanuel Addai “JMG Akademi”nin yetirməsidir.
Qanadan olan yeni transfer səhər saatlarında Azərbaycana gəlib.
Afrikalı cinah oyunçusu bu gün tibbi baxışdan keçəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı “Yurdorden”dən (İsveç), Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”dan (Türkiyə) geri qayıdıb. Sadiq Məmmədzadə “Səbail”dən, Fabiyan Buntiç “Vizela”dan (Portuqaliya) və Mateuş Koxalski “Stal”dan (Polşa) transfer olunub.