Türkiyənin mövcud konstitusiyası mənasını itirib.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “1982-ci il əvəzinə 2023-cü il konstitusiya simpoziumu” kitabına yazdığı “Ön söz”də qeyd edib.
O bildirib ki, yeni konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.
Ərdoğan yazıb ki, regionda və dünyada önəmli rol oynayan Türkiyə hazırkı konstitusiyaya layiq deyil: “Zamanın ruhuna uyğun, cəmiyyətə dinamika qazandıran, Türkiyəyə layiq, sivil, demokratik konstitusiyaya ehtiyac var”.
Dövlət başçısı vurğulayıb ki, yeni konstitusiya bərabərlik prinsipini, azadlığı və ədaləti əsas götürməlidir.