Vətəndaşlar barmağına xüsusi mürəkkəbin çilənməsinə icazə vermirsə, ona seçki bülleteni verilməyəcək.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, həmin vətəndaşlar dərhal seçki məntəqəsini tərk etməlidir.
“Amma ona qarşı heç kim məcburetmə tətbiq edə bilməz”- deyə MSK sədri qeyd edib.