“Taliban” BMT-nin məruzəçisini Əfqanıstana buraxmadı

0

Əfqanıstan hakimiyyəti BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennetin ölkəyə girişini qadağan edib.

Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Radikal “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib ki, Bennet “anti-Əfqan təbliğatında” ittiham olunur və o, “Əfqanıstandakı vəziyyətlə bağlı dünyaya təhrif olunmuş məlumatlar təqdim edir”.

Xatırladaq ki, “Taliban” 2021-ci ilin avqustun 15-də Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirib, müvəqqəti hökumət yaratdığını elan edib.

Bu il avqustun 17-də “Taliban” liderləri Əfqanıstanda üç illik sabitlik dövrü yaratdıqları üçün özlərini tərifləyiblər. “Taliban” nümayəndəsinin sözlərinə görə, “Taliban” hakimiyyətə gəldiyi gündən bəri Əfqanıstanda ticarət və biznes fəallığı rekord səviyyəyə yüksəlib, “Taliban” milli valyutanın sabitliyini qoruyub və bir neçə “meqa-layihə” həyata keçirə bilib.

Ölkədə gerçək vəziyyət isə belədir: heç bir siyasi azadlığı olmayan insanlar sərt şəriət rejimində yaşayırlar; dövlət qulluqçuları namazı buraxdıqları halda cəzaya məruz qalırlar; qadın hüquqularına riayət olduqca bərbad vəziyyətdədir; narkotik maddələr istehsalı və dövriyyəsi isə əvvəllər olduğu kimi qalmaqdadır.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »