Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı –Bunu da etdilər…

0

Ermənilərin Azərbaycana və onun milli-mənəvi dəyərlərinə qarşı təxribatları davam edir. Həm tariximizə, həm də mədəniyyətimizə aid olan milli-mənəvi irsimizə göz dikən bu tayfa zaman-zaman yaradıcısı olduğumuz müxtəlif incəsənət nümunələrini, mahnılarımızı, həmçinin milli mətbəximizin nemətlərini oğurlayaraq, özününkiləşdirməyə can atıb.

İctimai Rəy Yenisabah.az-a istinadən xəbər verir ki, ermənilər bu dəfə də Azərbaycan milli mətbəxinə məxsus yeməklərdən birini mənimsəyiblər.

Facebook sosial şəbəkə hesabında “Ermənilər və Ermənistan” adlı səhifədə Azərbaycan mətbəxinin ləzzətli təamlarından biri olan xaşlamanı “tarixi xaşlama, erməni quzu güvəci” adı altında təqdim ediblər. aptek depo

Paylaşımda deyilir:

“Xaşlama ənənəvi erməni tərəvəz və quzu ətindən hazırlanmış yeməkdir. Sadə inqrediyentlərlə hazırlanmış bu ikonik erməni yeməyi dadlı, doyurucu və təəccüblü dərəcədə asan hazırlanır. Xaşlama sözü ermənicə “kaşel” sözündən olub, qaynama deməkdir. Yəni əslində “kaşlama” qaynadılmış ət və tərəvəzdən zəngin və dadlı şorbadan ibarətdir. Tonir adlanan ənənəvi silindrik erməni gil sobalarında odda hazırlanmışdır. Qədim dövrlərdə Ermənistanda Allahın şərəfinə Nəvasar bayramı zamanı müqəddəs yerlərə ziyarətlər edilirdi. Xaşlama baş kahinin duası ilə hazırlanırdı. O, həm mal əti, həm də quzu ətindən hazırlanırdı, ocağın üstündən asılmış böyük qazanda ət çoxlu dağ otları, göyərti və ədviyyatlarla bişirilirdi. Eyni zamanda göyərti və ədviyyatların yarısı əvvəlcə qazanın dibinə qoyulur, sonra ət iri dilimlərə kəsilir, üzərinə göyərti qoyulur və pivə tökülür. O dövrlərdə yemək ritual sayılırdı”.

Ermənilərin öz uydurduğu nağıllara inanması heç də təəccüblü deyil. İndi isə keçək reallığa..

Xaşlama türk dünyasının mətbəxinə aid yemək növlərindən biridir. “Ət soyutması, bozartma” mənasında Qərbi Azərbaycanın Vedi, Zəngibasar şivələrində işlənir. Türkiyə türkcəsində bu söz haşlama, Azərbaycan türkcəsində xaşlama, başqırd türkcəsində bişkən (bişirilgən) it, qazax türkcəsində pişirilgen (pişken) et, qırğız türkcəsində bışkan et, kaynatkan et, özbək türkcəsində dimləmə, tatar türkcəsində pişkən (pişirilgən) it, türkmən türkcəsində qaynatma, uyğur türkcəsində pişirilgən qoş şəkillərində işlənir. Qədimlərdə bu söz ”ətdən hazırlanan xörək” mənasında, “haşlama” şəklində işlənmişdir. “Haşlama” sözü osmanlı dilində “suda bişirilmiş”, “pörtlədilmiş” mənasına gəlir. Osmanlı dilində “haşla ( xaşla) sözü də işlənmişdir. Bu söz “qaynar suyu, qaynadılmış suyu, dağ suyu tökmək, axıtmaq” və “pörtmək, pörtləmək ” mənalarını bildirmişdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »