Rusiya və Türkiyə RAZILAŞDI – İLGİNC DETALLAR

0

“Beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində İstanbulda qaz ticarət mərkəzinin yaradılmasıyla bağlı Türkiyə ilə Rusiya arasında heç bir problem yoxdur. Türkiyənin “BOTAŞ”, Rusiyanın “Qazprom” şirkəti orada bərabər şəkildə təmsil olunacaq”.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

BAYRAK.jpg (63 KB)

“Biz İstanbul maliyyə mərkəzində “BOTAŞ” – “Qazprom” ortaqlığında beynəlxalq qaz ticarət mərkəzi və ya platforması üçün ruslarla əməliyyat şirkəti yaratmağı planlaşdırırıq. Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunu da ora köçürürük.

Bizim ruslarla problemimiz yoxdur. Mərkəzdə qaz alqı-satqısı aparılacaq, qiyməti də orada müəyyən olunacaq. Prinsipcə, biz hər bir tərəfin 50% pay sahibi olacağı bir struktur yaratmağa razıyıq, lakin bu, bir qədər vaxt aparacaq”, – türkiyəli nazir “Milliyet” qəzetinə bildirib.

Onun sözlərinə görə, Türkiyənin ildə istehlak etdiyi təbii qazın həcmi 50 milyard kubmetrə yaxındır:

“Biz bu həcmlərin 15%-ni ixrac etməyə imkan verəcək infrastrukturun yaradılmasına da çalışırıq. Beləliklə, qaz ticarət mərkəzi reallığa çevrilməyə başlayıb”.

Bayraktar həmçinin bildirib ki, Türkiyədə 5,8 milyard kubmetrə qədər qaz saxlaya bilən 5 anbar var:

“2028-ci ilə qədər qaz anbarlarının həcminin 10-12 milyard kubmetrə çatdırılması planlaşdırılır”.

2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində “Şimal axını” qaz kəməri ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb.

Türkiyə rəsmiləri bildiriblər ki, ölkədə infrastruktur baxımından layihə üçün demək olar ki, hər şey hazırdır. 2023-cü il dekabrın sonunda Rusiya baş nazirinin müavini Aleksandr Novak qovşağın yaradılması layihəsinin həyata keçirilməsinə 2024-cü ildə başlana biləcəyini açıqlayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »