Bakıdan qayıdan Putin əmr verdi – Oktyabrın 1-nə qədər…

0

Rusiya lideri Vladimir Putin orduya Ukrayna qüvvələrinin Kursk vilayətinin işğal olunmuş ərazilərindən çıxarılması üçün bir aydan çox vaxt verib.

Bu barədə “RBC Ukrayna” hərbi-siyasi rəhbərlikdəki mənbəyə istinadən yazır. Bildirilir ki, Rusiya ordusu oktyabrın 1-dək Kursk vilayətini azad etmək üçün Vladimir Putindən göstəriş alıb.
Məlumata görə, onların vəzifəsi tapşırığı Pokrovski və Toretski istiqamətlərindən qüvvələri geri çəkmədən yerinə yetirməkdir.

Qeyd edək ki, Ukrayna qüvvələri 6 avqustdan Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlara başlayıblar.\\Metbuat.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »