Avqustun 18-i gecə Ukrayna PUA-sının hücumu nəticəsində Rostov vilayətinin Proletarsk şəhəri yaxınlığındakı yanacaq anbarında başlayan yanğın davam edir.
Bu gündən Proletarsk şəhərində fövqəladə vəziyyət elan olunub.
Proletarski rayonu administrasiyasının avqustun 19-da yaydığı məlumatda yanğının yaşayış binalarına və qonşu obyektlərə keçməsi təhlükəsi olmadığı qeyd edilirdi. Lakin ötən müddətdə yanğını söndürmək mümkün olmayıb və bu gün Proletarski rayon Dövlət Yanğından Mühafizə İdarəsinin və Proletar rayon Yanğından Mühafizə İdarəsinin plandankənar iclasında fövqəladə vəziyyət elan olunması qərara alınıb.
Rusiya tərəfinin açıqladığı məlumata görə, yanğın zamanı 18 nəfər xəsarət alıb, onlardan beşinin vəziyyəti ağırdır.
Qeyd edək ki, vurulan anbarda Rusiyanın dövlət ehtiyatları saxlanılır.\\musavat\\