Amerikalı iş adamı İlon Mask “Tesla” “Cybertruck” elektrik avtomobilini Çeçenistan rəhbəri Ramzan Kadırova verməsi ilə bağlı məlumatı təkzib edib.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, Elon Mask jurnalist Set Abramsonun X sosial şəbəkəsindəki yazısına cavab verərək, “Siz o qədər gerizəkalısınız ki, mənim rus generalına “Cybertruck” verdiyimi düşünürsüz. Bu, ənənəvi medianın necə yalan danışdığının başqa bir nümunəsidir”.
Onu da qeyd edək ki, daha əvvəl Çeçenistan rəhbəri avtomatla təchiz edilmiş Tesla “Cybertruck” elektrik pikapının videosunu dərc edib. Kadırov maşını İlon Maskdan aldığını və avtomobili Ukraynadakı döyüş bölgəsinə göndərəcəyini vəd etdiyini bildirib.