Makronun istefası üçün şərt qoyuldu

0

Fransada Jan-Lük Melanşonun rəhbərlik etdiyi solçu “İtaətsiz Fransa” partiyası Prezident Emmanuel Makronun istefası üçün şərt irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə “La Tribune” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, partiya, parlamentdə səsvermə yolu ilə ölkənin hazırkı Prezidenti Paris Maliyyə Departamentinin rəhbəri Lüsi Kasetə baş nazir postunu təklif etmədiyi təqdirdə onun istefasına nail olmağa çalışacaq.

“Prezident, parlament seçkisinin nəticələrini qəbul etməli və “Yeni Xalq Cəbhəsi”nin təklif etdiyi kimi, Lüsi Kaseti baş nazir təyin etməlidir. Əks halda, biz onu vəzifədən kənarlaşdırmaq üçün bütün konstitusiya vasitələrindən istifadə edəcəyik,” – partiyadan bildirilib.

Partiya üzvləri Fransada yeganə hakimiyyət mənbəyinin xalqın səsverməsi olduğunu vurğulayıblar.

Bundan başqa, partiya üzvləri Makronun Olimpiya Oyunları bitənə qədər hökuməti formalaşdırmaqdan imtina etməsindən hiddətləniblər. Onlar hesab edirlər ki, onun hərəkətsizliyi Fransa demokratiyası üçün ciddi təhlükədir. Bu vəziyyətdə parlament prezidentin vəzifədən uzaqlaşdırılmasını tələb edə bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »