Könül Mehdiyeva UEFA Konfrans Liqasının oyununa təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

O, Rumıniyada yerli ÇFR və Kiprin “Pafos” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 22-də Kluj-Napoka şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.\\musavat\\

Comments are closed.

Tərcümə »