Avqustun 19-da səhər saatlarında Cənubi Çin dənizinin mübahisəli sularında Çin və Filippin gəmiləri toqquşub.
“Report” bu barədə “Newsweek”ə istinadən xəbər verir.
Çin sahil mühafizəsi Sabina rifində baş verən insidentə görə məsuliyyəti Filippin tərəfinin üzərinə qoyaraq, gəminin xəbərdarlıqlara məhəl qoymadığını və Çin gəmisi ilə qəsdən toqquşduğunu bildirib.
Qərbi Filippin Dənizi üzrə Milli İşçi Qrupu isə Çin gəmilərinin qanunsuz və təcavüzkar manevrləri nəticəsində Sabina rifində iki Filippin gəmisinə ziyan dəydiyini vurğulayıb.