Bu ərazidə güclü zəlzələ baş verib

0

Filippin adalarında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanların episentri təxminən 47,4 min nəfərin yaşadığı Şimali Samar əyalətinin paytaxtı Katarman şəhərindən 31 km şimal-şərqdə, ocağı isə 37 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »