Azərbaycanla Rusiya Xəzər şelfində yeni layihənin icrasını nəzərdən keçirir

0

Azərbaycan və Rusiya Xəzər dəniz şelfində birgə həyata keçirmək üçün potensial yeni layihəni nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Planlarımızda bir sıra layihələr, o cümlədən Xəzər şelfində birgə yeni layihənin icrası var”, – deyə o qeyd edib.

A.Novakın sözlərinə görə, iki ölkə arasında neft-qaz sektorunda çoxillik əlaqələr mövcuddur və birgə layihələr həyata keçirilir: “Rusiyanın “Lukoyl” şirkəti demək olar ki, 20 %-nə sahib olduğu “Şahdəniz” kimi tanınan layihəyə böyük investisiya yatırıb. Bizim neft və neft məhsullarının tədarükü ilə bağlı layihələrimiz var”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »