Bayden Vladimir Kara-Murza və ailəsini Ağ Evdə qəbul edib.
ABŞ prezidenti bu barədə X sosial şəbəkəsində aşağıdakıları yazıb:
“Bu gün mən Vladimir Kara-Murza və ailəsini Amerikaya qayıtmasını qeyd etmək üçün Ağ Evdə salamladım. Vladimir Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxdığı üçün Rusiyada haqsız yerə iki il yarım həbsdə yatdı. Bu gün ailəsi ona yenidən qovuşdu”.
Xatırladaq ki, müxalifətçi və jurnalist Kara-Murza avqustun 1-də məhbus mübadiləsi çərçivəsində azad edilib. Rusiyada o, 25 il müddətinə azadlıqdan məhrum edilib.\\musavat\\