Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan sabiq deputatı Qurgen Arsenyan ölkənin Rusiya Federasiyasındakı yeni səfiri təyin edilib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan bununla bağlı müvafiq fərman imzalayıb.
Qeyd edək ki, avqustun 13-də Q.Arsenyanın deputat kimi səlahiyyətlərinə xitam verilib.