Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırıldı

0

Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinə “azad edilən” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilib.

Dəyişikliklə nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və üç müavini vardır. Nazir müavinləri, nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »