Ölkəmizi UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.
İctimai Rəy qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi qitənin bir nömrəli klub turnirinin pley-offuna daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
“Qarabağ”ın müraciətini, “Şamaxı”nın razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan PFL 2024/2025 mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 görüşün təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq III turun “Şamaxı” – “Qarabağ” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınan qarşılaşmanın tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı dəyişiklik yoxdur.