Yer tarixinin ən isti günü: NASA planetdə yeni rekordu qeydə aldı

0

İqlim böhranı artıq bəşəriyyətin gələcək üçün qorxusundan da daha çoxudur. Böhran artıq düz qapımızdadır. İnanılmaz istilik dalğaları, quraqlıq və meşə yanğınları tüğyan edir. Üstəlik, alimlər son 13 ayın planetdə ən isti ay olduğunu müəyyən ediblər.

NASA məlumatlarına əsasən, 22 iyul 2024-cü il tarixdə Yer kürəsində ən isti gün olub.

NASA misli görünməmiş yüksək temperatur silsiləsində bunu planetin ən isti günü adlandırıb. Alimlər 22 iyulda qeydə alınmış istiliyin yüksək temperaturlar silsiləsində əsas hədd olduğu barədə xəbərdarlıq edib.

Əslində, bu hadisə, ilk növbədə insan fəaliyyətinin planetdə yaratdığı qlobal və məyusedici tendensiyasının bariz göstəricisidir. NASA tədqiqatçıları dəyişiklikləri izləməyə imkan verən planetin geniş peyk müşahidələrindən istifadə ediblər. Mütəxəssislər qeyd edirlər ki, bu, planetdə iqlim dəyişikliyinə effektiv uyğunlaşma strategiyalarının işlənib hazırlanmasında mühüm rol oynayır.

NASA-nın qlobal gündəlik temperatur məlumatlarının təhlilinə görə, 22 iyul 2024-cü il tarixin ən isti gün olsa da, tədqiqatçılar iyulun 21 və 23-ü də rekord dərəcədə isti olduğunu qeyd edirlər. Bu günlərdə qeydə alınmış temperatur 2023-cü ildə müəyyən edilmiş rekordu qırıb. Mütəxəssislər qeyd edirlər ki, bu temperatur rekordları, əslində, insan fəaliyyətinin, əsasən də qalıq yanacaqların yandırılması və istixana qazlarının buraxılması nəticəsində yaranan uzunmüddətli istiləşmə tendensiyasının bir hissəsidir.

NASA tədqiqatçıları planetimiz haqqında qabaqcıl məlumatlar toplayır. Bill Nelson qeyd edib ki, rekordların ən isti ili hesab edilən bu bir ildə, son iki həftə xüsusilə sərt olub. Ekspert qeyd edir ki, o və həmkarları planetin monitorinqi üçün iyirmidən çox peykdən istifadə edir və məlumatların toplanması son 60 ildir, davam edir.

Bu məlumatlara əsaslanaraq, NASA insanların sürətlə dəyişən mühitlərə necə hazırlana, uyğunlaşa və təhlükədən qaça biləcəyinə dair təhlillər təqdim edib. Alimlərin fikrincə, tarixin ən isti günü ilə bağlı nəticələr Müasir Dövrün Tədqiqat və Tətbiqlər üçün Retrospektiv Təhlili, Versiya 2 (MERRA-2) və Goddard Earth Observing System Forward Processing (GEOS-FP) məlumatlarına əsasən (quruda, dənizdə və havada, eləcə də peyklərdən istifadə edərək milyonlarla qlobal müşahidələri birləşdirən sistemlər) qəbul edilib./sfera.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »