KOBİA yanında Koordinasiya Qrupunun ilk iclası olub

0

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında Koordinasiya Qrupunun ilk iclası keçirilib.

“Report” xəbər verir ki, bunu nazir müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

Onun sözlərinə görə, iclasda KOB-ların fəaliyyət imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb.

“Koordinasiya Qrupunun fəaliyyətinin daha çevik təşkili üçün operativ müzakirə platformalarının və tematik işçi qruplarının yaradılması nəzərdə tutulur”, – deyə o qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »