Hakan Fidan türkmənistanlı həmkarı ilə regional məsələləri müzakirə edəcək

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ölkədə səfərdə olan türkmənistanlı həmkarı Rəşid Meredovla görüşəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, tərəflər regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Onlar, həmçinin nəqliyyat, enerji və infrastruktur sahəsində əməkdaşlıq barədə danışacaqlar.

Türkmənistan XİN başçısının Türkiyəyə səfəri iki gün davam edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edib.\\report\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »