Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235 milyon 058 min sərnişin daşınıb.
İctimai Rəy bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 220 milyon 732 min sərnişin daşınıb.
Comments are closed.