“Demokratlar Çin və Rusiyanı vahid qüvvəyə çevirdilər” – Tramp

0

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-də hakimiyyətdə olan demokratları Rusiya ilə münasibətdə bağışlanmaz səhvə yol verməkdə ittiham edib.

D.Tramp Floridada keçirdiyi mətbuat konfransında deyib: “Onlar Rusiya və Çinə mümkün olmayanı etməyə – birləşməyə icazə verdilər”.

Eks-prezident bunun Barak Obamanın prezident olduğu vaxtdan başladığını və Co Baydenin dövründə də davam etdiyini bildirib. Eyni zamanda Tramp etiraf edib ki, Bayden nə qədər səhv etdiyini belə dərk etməyib.

“İndi onlar vahid qüvvədir” deyən Tramp Rusiya və Çinə istinad edərək, demokratların buna icazə verməsinin “tamamilə ağlasığmaz” olduğunu bildirib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »