Bulvarda dənizdən meyit çıxarıldı

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

İctimai Rəy xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

“Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – məlumatda bildirilir.
Leave A Reply

Your email address will not be published.

Tərcümə »