Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçirilib.
Azərbaycan çempionu “Qarabağ” evdə Bolqarıstan “Ludoqorets”ini qəbul edib və 1:2 hesabı ilə uduzub.
Türkiyə təmsilçisi “Fənərbaxça” isə Fransada “Lill”in qonağı olub. Görüş İstanbul təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 avqustda keçiriləcək.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
20:00. “Qarabağ” (Azərbayan) – “Ludoqorets” (Bolqarıstan)
Qollar: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2)
Qırmızı vərəqə: Kayo Vidal, 89 (“Ludoqorets”)
21:00. “Malmö” (İsveç) – PAOK (Yunanıstan) – 2:2
Qollar: Yansson, 28 (1:0), Tayson, 42 (1:1), Nanasi, 67 (2:1), Baba, 75 (2:2)
21:15. “Midtulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) – 2:0
Qollar: Buksa, 17, Fransulino, 69
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) – 1:1
Qollar: Yarmolenko, 38 (1:0), Dessers, 90+4 (1:1)
22:00. “Sparta” (Çex Respublikası) – “Styaua” (Rumıniya) – 1:1
Qollar: Dava, 61 (0:1), Olatunji, 78 (1:1)
22:30. “Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) – 2:1
Qollar: Santos, 12 (1:0), Kahveci, 80 (1:1), Zeqrova, 90+1 (2:1)
22:45. “Zalsburq” (Avstriya) – “Tvente” (Niderland) – 2:1
Qollar: Kyarqaard, 41 (1:0), 85 (2:0), Vlap, 90+1 (2:1)
7 avqust
21:00. “Slaviya” (Çex Respublikası) – “Yunion” (Belçika)
22:30. “Slovan” (Slovakiya) – APOEL (Kipr)
22:45. “Yaqelloniya” (Polşa) – “Budo Qlimt” (Norveç)