Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub.
İctimai Rəy xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
NİİM əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.