Paytaxt bazarlarında və marketlərdə kiloqramı 2-3 manat və daha baha qiymətə təklif olunan pomidor, Şabran rayonunun Ağalıq kəndində alıcılara 40-50, hətta 30 qəpiyə təklif olunur.
Sakinlər öz yetişdirdikləri məhsulları bazara çıxararaq alıcılara daha ucuz qiymətə təklif edirlər.
Satıcı məhsulun qiymətinin ucuz olmasını belə izah edib: “Yaş maldır, məcburuq ki, bu qiymətə sataq, yoxsa məhsul xarab olar”.
Məhsulun bol, qiymətin sərfəli olması alıcıların ürəyincədir. Qiymətlərin aşağı olduğunu bilən alıcılar bu bazara üz tutaraq fürsətdən yararlanmağa çalışırlar.
“Keçən dəfə pomidoru 2 manata almışam, indi isə 50 qəpiyə düşüb, əlbəttə, sərf edir, çox ucuzdur”, – deyə alıcı söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində: