Antidepresanlar və yanıqlar zamanı işlədilən dərmanlar qəhvə ilə qəbul edildikdə müalicəvi təsirini itirə bilər.
Britaniya Kral Əczaçılıq Cəmiyyətinin baş tədqiqatçısı, professor Parastu Donyainin sözlərinə görə, bəzi dərman qrupları var ki, onun qəbulundan əvvəl və sonra qəhvədən imtina etmək lazımdır.
“Fakt budur ki, kofein hidroklor turşusunun ifrazını stimullaşdırır. Bəzi antidepresanlar, məsələn, fluvoksamin qəhvə ilə birlikdə qəbul edilməməlidir. Fluvoksamin P450 fermentini bloklayır, bu da kofeinin bədəndən təmizlənməsi üçün lazım olan vaxtı artırır. Bu, sürətli ürək döyüntüsü, yuxusuzluq, artan sinir həyəcanı, narahatlıq və qıcıqlanma kimi yan təsirləri artırır”, – alim bildirib. (lent.az)