“Araz Vadisi İqtisadi Zonası”nın rezidentlərinin sayı 12-yə çatıb

0

“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.

İctimai Rəy bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şirkət Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı və 100 nəfərlik restoran işi təşkil edəcək.

İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »