Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşların Livana səfər etməməsi barədə çağırış edib.
İctimai Rəy xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.
Eyni zamanda, hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.