Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində əsaslı və cari təmir işləri aparılır.
İctimai Rəy xəbər verir ki, İyulun 31-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və idarə əməkdaşları Cəbrayıl rayonunun Biləsuvar rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrində aparılan əsaslı təmir işləri ilə tanış olublar.
Qeyd edək ki, son illərdə ümumi təhsil müəssisələrinin əsaslı təmir və tikinti işləri davamlı olaraq həyata keçirilir və bu da öz növbəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edir.