İki uşaq atası Fərid 10 gün əvvəl evə gəlibmiş: Laçında həlak olan gizir torpağa tapşırıldı

0

Laçında həlak olan dörd hərbiçidən biri gizir Fərid Famil oğlu Cəbrayılovun meyiti Kürdəmirin Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Atasının sözlərinə görə, Fərid 10 gün əvvəl evə gəlibmiş və hər şey qaydasında olub.

Dayısı Elxan Əhmədov bildirib ki, Fərid 17 ildir hərbi xidmətdə olub:

“44 günlük Vətən müharibəsində də iştirak edib. Ailəli idi, iki azyaşlı övladı var. Bir həftə öncə əlaqə saxladıq, dedi “hər şey qaydasındadır, avqustun 2-də Bakıya gələcəyəm”.

Qeyd edək ki, Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

Ətraflı Baku TV-nin süjetində:

Leave A Reply

Your email address will not be published.

Tərcümə »