Məşhur türkiyəli aktyor vəfat etdi – FOTO

0

Türkiyəli məşhur aktyor Genco Erkal vəfat edib.

İctimai Rəy sfera.az-a istinadən xəbər verir ki, 86 yaşlı aktyor qan xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, aktyor bir müddət əvvəl vida məktubu yaymışdı.

1938-ci ilin martında İstanbulda anadan olan Genco Erkal həm teatr, həm də kino aktyoru kimi tanınıb. Aktyor yaratdığı “Dostlar teatrı” ilə Türkiyədə siyasi teatrın inkişaf etdirilməsində əsaslı rol oynayıb. Genco Erkal yaradıcılığının bir dönəmində Türkiyənin dünyaca məşhur şairi Nazım Hikmetin şeirlərinin özünəməxsus qiraəti ilə məşhurluq qazanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »