Haniyənin Türkiyə planı – ŞOK detallar açıqlandı

0

“Fələstin davasının aparıcı simalarından olan HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin sionistlərin həyata keçirdiyi sui-qəsd nəticəsində öldürülməsini qınayırıq. O, şəhid olmasaydı, Türkiyə Böyük Millət Məclisində çıxış edərdi”.

Bunu AKP sədrinin müavini və partiya sözçüsü Ömər Çelik deyib.

Çelik verdiyi açıqlamada, “Bu sui-qəsd Netanyahu Hökumətinin bir soyqırım və qırğın şəbəkəsi olduğunu bir daha göstərdi”, deyə sərt açıqlama verib.

Çelik bildirib ki, Haniyə öldürülməsəydi Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcəkdi.

“Şəhid olmasaydı, Türkiyə Böyük Millət Məclisində çıxış edərdi. Parlament tətildə olduğu üçün növbədənkənar iclas keçiriləcəkdi”, – deyə Çelik planları açıqlayıb.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »