Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib

0

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Onlar normallaşma prosesini heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »