Azərbaycanda tikinti materiallarının qiyməti artıb. Satıcıların sözlərinə görə, yanacağın bahalaşması daşma qiymətlərinə təsir edib.
Tikinti bazarında durğunluq olsa da, məhsullar baha təklif edilir.
Qiymət artımı kərpic və mişar daşından da yan keçməyib. Kərpicdə 15 faiz, mişar daşında isə 20-30 faiz bahalaşma var.
Daşıma ilə məşğul olan şəxslər də qiymətləri 10-15 manat artırıblar.
Satıcıların sözlərinə görə, xaricdən gələn bəzi materialların ehtiyatda az olması da qiymətlərə təsir edib.
Xəzər TV-nin mövzu ilə bağlı videomaterialını təqdim edirik: