İranın hüquq-mühafizə orqanlarının əməkdaşları Cənub-Şərqi Sistan və Bəlucistan əyalətinin Heydərabad qəsəbəsində partlayıcı maddələr daşıyan dörd terrorçunu saxlayıblar.
“Report”un məlumatına görə, bu barədə İRİB telekanalı xəbər verib.
Məlumata görə, yaraqlılar əsasən İranın cənub-şərqində, Əfqanıstan və Pakistanla sərhədlərdə fəaliyyət göstərən “Ceyş əz-Zülm” terror qruplaşmasının üzvləridir.