Danimarka Gürcüstana hərbi yardımı DAYANDIRDI

0

Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.

Məlumata görə, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib.

Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib.

Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.

Deputatın sözlərinə görə, bu vəziyyət Gürcüstanın nüfuzuna xələl gətirir, suverenliyinə və ərazi bütövlüyünə ciddi çağırışdır.//Report

Leave A Reply

Your email address will not be published.

Tərcümə »