Azərbaycan millisinin baş məşqçisi: 8 il sonra kuboku Bakıya gətirmək sevindirici haldır

Səkkiz il sonra kuboku yenidən Bakıya gətirmək çox sevindirici haldır.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının C divizionunda qızıl medal qazanmaları ilə bağlı danışarkən deyib.

Mütəxəssis komandanın Avropa çempionu olmaq arzusu ilə yaşadığını bildirib:

“Uşaqları neçə illərdir tanıyıram. Qalib gəldikdən sonra əsas da buna görə sevinirdim. Onlar məşq olmayan günlərdə də hazırlaşırdılar. Yığmamız son olaraq 2016-cı ildə Tahir Baxşıyevin rəhbərliyi altında titula sahib çıxıb”.

Qeyd edək ki, Albaniyanın Elbasan şəhərində keçirilən final matçında Azərbaycan millisi Lüksemburqu 77:71 hesabı ilə məğlub edərək çempionluğu qazanıb.

Comments are closed.

Tərcümə »